Asan İmza-nı nə üçün istifadə edə bilərəm?

Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və mobil telefondan istifadə edərək sənədləri imzalaya bilərsiniz.

Sizin mobil telefonunuz və onlayn xidməti arasındakı məlumat mübadiləsi təhlükəsiz kodlu bağlantı vasitəsi ilə həyata keçirilir. Mobil telefonların çoxu Asan İmza (Mobil imza) xidmətinin istifadəsi üçün yararlıdır. Sizin mobil telefonunuz mobil rabitə şəbəkəsi mövcud olan yerdə dünyanın istənilən nöqtəsində istifadə oluna bilər.