Asan İmza istifadə üçün asan və rahatdır

Şəxsi mobil identifikasiyanız hər zaman sizinlədir və xarici ölkə də daxil olmaqla, kompyuter və mobil rabitənin qəbul siqnalı olan bütün yerlərdə istifadə oluna bilər. Siz artıq kompyuterə kart oxuyucusunu daxil etməyə də bilərsiniz, sizin mobil telefonunuz bunu əvəz edir.

Siz müvafiq proqram təminatını endirməyə də bilərsiniz. Proqram təminatı sizin mobil telefonunuza quraşdırılıb. Asan İmza (Mobil imza) ilə siz sanki öz e-imza smart kartınızı (e-İmza kartı), PIN kalkulyatorunu və kart oxuyucusunu hər zaman özünüzlə daşıyırsınız. Bu xidmətdən istifadə etmək üçün heç bir əlavə tədbirlər və ya konfiqurasiyalar tələb olunmur.

seniors browsing their smart phones

Bütün müasir mobil telefonlar Asan İmza-nın (Mobil imza) istifadəsi üçün yararlıdır. Mobil telefonların siyahısını (FAQ) burada tapa bilərsiniz.

Sadəlik müvəffəqiyyət deməkdir: şəxsiyyətinizi təsdiqləmək istədiyiniz zaman sadəcə şəxsiyyət təsdiqləmə PİN kodunu daxil edin və OK düyməsini basın. Aşağıdakı şəklə baxın.

Şəxsiyyəti təsdiqləmə addımları