09.06.2017

Asan İmza “Vakansiya yarmarkası 2017” tədbirində

9 iyun Bakıda Landmark Otelində Amerika Ticarət Palatasının Azərbaycan (AMCHAM Azərbaycan) nümayəndəliyinin təşkilatçılığı ilə ali məktəb məzunlarının və gənc mütəxəssislərin əmək bazarında özlərini ifadə etmək imkanı olduğu “Vakansiya yarmarkası 2017” (Career Development Fair 2017) keçirilmişdir.

AMCHAM Azerbaijan-ın təşkilatçılığı ilə keçirilən tədbirdə SABAH groups layihəsi də iştirak etmiş, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini cənab Firudin Qurbanov çıxış edərək tədbir iştirakçılarını salamlamışdır.

Yarmarkada iştirak edən potensial işəgötürənlər sırasında “Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən “B.est Solutions” şirkəti də olmuşdur.

Yarmarka çərçivəsində şirkətin nümayəndələri ziyarətçilərə mobil identitet və imza olan “Asan İmza”nın iş prinsipi haqqında məlumat vermiş, həmçinin arzu edənləri elektron imzanın və onun müxtəlif sahələrdə gündəlik və təhlükəsiz istifadəsi, o cümlədən dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərdə vətəndaşlar tərəfindən “Asan İmza” mobil elektron imzanın istifadəsinin üstünlükləri ilə tanış etmişdir ki, bu da şəxsi sahibkarlıq fəaliyyətinin qurulmasında bir təkan olacaq.

Yarmarka ziyarətçilərinin şirkətin təcrübəçiləri olmaq, eləcə də gələcək iş üçün namizədlərin ümumi sayından seçilmək şansı olmuşdur.