06.07.2017

Azərbaycanın “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı Londonda EEMA-nın 30-cu yubiley konfransında təmsil olunmuşdur

4-5 iyul 2017-ci il tarixlərində aparıcı Elektron identitet və təhlükəsizlik üzrə Avropa Assosiasiyası (EEMA)- Microsoft-un Londondakı baş ofisində keçirilən və “Məxfilik və İdentitet: İmkanlar və Çağırışlar” adlanan konfidensiallıq və elektron identitetin qlobal məsələlərinə həsr olunan 30-cu illik konfransı çərçivəsində özünün yubileyini qeyd etmişdir.

Konfrans – elektron mobil identitet və ciddi autentifikasiya texnologiyalarının, etibarlı xidmətlərin, konfidensiallığın, risklərin idarə edilməsi, kiber təhlükəsizlik, əşyaların interneti, süni intellekt və Blockchain texnologiyalarının dünya bazarında inkişafı, eləcə də Avropa İttifaqında və qlobal bazarlarda yeni layihələr kimi mövzulara həsr olunmuşdur.

Qeyd olunan sahələrdə ən aktual məsələləri müzakirə etmək və təhlükəsiz rəqəmsal identifikasiyanın təkamülü haqqında yüksək ixtisaslı auditoriyanı məlumatlandırmaq məqsədilə özəl sektordan, dövlət təşkilatlarından olan dünya ekspertləri, novatorlar və bazarın aparıcı oyunçuları yubiley konfransın işində iştirak etmişdilər.

DG CONNECT (Avropa Komissiyası) və ENISA-nın dəstəyi, EEMA və Microsoft-un təşkilatçılığı ilə baş tutan konfransda gələcək tendensiyalar və texnologiyalar, böyük həcmdə verilənlər və analitika, mobil identifikasiya və elektron etibarlılıq, şəxsiyyətin müəyyənləşdirilməsi və etibarlı autentifikasiya, əşyaların İnterneti və süni intellektin təhlükəsizliyinin təmin edilməsi, nizamlama və hüquqi məsələlər, blokçeyn, eləcə də Avropa İttifaqı və qlobal bazarlar üçün layihələrin hazırlanması kimi mövzular müzakirə olunmuşdur.

Konfrans çərçivəsində bu sahələrdə bəzi həllər və tədqiqat layihələrinin nümayişi üçün sərgi təşkil olunmuşdur ki, burada konfransın qonaqları qeyd olunan sahələrdəki son nailiyyətlər ilə tanış ola bilmişdilər.

ABŞ, Böyük Britaniya, Estoniya, Almaniya, Avstriya, Niderland, Fransa, Türkiyə, İtaliya kimi ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin sənaye liderlərinin sırasında Azərbaycan da təmsil olunurdu.
Azərbaycanın innovasiyası olan “Asan İmza”, eləcə də innovativ dövlət Start-up-ı olan Rəqəmsal Ticarət Qovşağının tətbiqinin və işlənib hazırlanmasının nəticələri “Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən “B.est Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim olunmuşdur.

“Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” adlı məruzədə qeyd edilmişdir ki, mobil identitet və imza xidməti olan “Asan İmza” dövlət və özəl elektron xidmətlərə istənilən anda və təhlükəsiz şəkildə əlyetərliliyi təmin edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, Azərbaycan Respublikasının qanunvericiliyə ilə əl imzasına bərabər tutulan elektron imza qoymağa imkan verir ki, bu da onu elektron xidmətlərin inkişafı məsələlərində üstün alət etmiş olur.

Bu gün “Asan İmza”nın köməyilə elektron vergi bəyannamələrinin verilişi, malların və transsərhəd vasitələrinin elektron gömrük bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir.

““Asan İmza” eyni zamanda İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsi kimi təqdim edilir” – deyə xanım Yana Krimpe qeyd etmişdir.

Bundan əlavə xanım Yana Krimpe konfrans nümayəndələrini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən və ölkədə elan edilmiş “Made in Azerbaijan” konsepsiyasını izləyən “Asan İmza”nın Azexport.az portalına inteqrasiyasının da daxil olduğu innovativ Azərbaycanın digər nailiyyətləri ilə də tanış etmişdir.

Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və Alibaba.com, Wholesale və All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Bu sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. mRezident layihəsi (“Asan İmza” istifadəçiləri olacaq xaricilər) konfrans iştirakçılarının xüsusi marağına səbəb olmuşdur.

Bu yaxınlarda “Asan İmza” mobil elektron imzanın köməyilə istənilən vacib sənədin elektron şəkildə imzalanmasının mümkün olduğu vahid AsanDoc.az portalının istifadəyə verilməsi Azərbaycanda dövlət müəssisələri və banklar ilə rahat və hüquqi baxımdan qanuni olan əlaqəni təmin etmiş, eləcə də özəl şirkətlər arasında sənəd dövriyyəsi prosesini sadələşdirmişdir.

EEMA’s 30th Annual Conference