AsanDoc: imzalama təlimatı

“AsanDoc” ilə elektron sənədlərin imzalanması:Microsoft Windows

“AsanDoc” ilə elektron sənədlərin imzalanması:MAC

“AsanDoc” ilə elektron sənədlərin imzalanması: Linux

Android mobil platformasında “AsanDoc” vasitəsilə elektron sənədlərin imzalanması

iOS mobil platformasında “AsanDoc” vasitəsilə elektron sənədlərin imzalanması

“AsanDoc” ilə elektron sənədlərin imzalanması: Microsoft Windows

1. Kompyuterinizdə “AsanDoc” proqramını açın:

sek.1

2. “Sənədləri imzala” düyməsini seçin və açılan pəncərədə imzalamaq istədiyiniz faylı seçin:

sek.2

3. Faylı seçdikdən sonra yeni yaradılacaq AsanDoc faylını (*.adoc) yaddaşda saxlamaq üçün yeni pəncərə açılacaq. Həmin pəncərədə siz AsanDoc faylının adını və ünvanını dəyişdirə bilərsiniz:

sek.3

4. Fayl imzalanmaq üçün “AsanDoc” proqramının konteynerinə əlavə edildi:

sek.4

5. Faylı imzalamaq üçün ekranda görünən “Mobil telefonun nömrəsi” xanasına “Asan İmza” mobil elektron imza xidməti aktiv olan mobil nömrənizi, “İstifadəçi İD-si” xanasına isə altı rəqəmli “Asan İmza” İstifadəçi İD-ni daxil edin. Bu xanaları doldurduqdan sonra aşağıda olan “İmzala” düyməsi aktivləşəcək. Daha sonra doldurulması məcburi olmayan “Qərar”, Şəhər”, “Rayon”, “Ölkə”, “İndeks” xanalarını da doldura bilərsiniz:

sek.5

6. Əgər siz daha əvvəl “Asan İmza” mobil elektron imza xidməti ilə sənədlərin imzalanması üçün “AsanDoc” proqramından istifadə etməmisinizsə, sizə mobil imza xidmətinə daxil olma tokenini yükləmək təklif ediləcək. Bu zaman ekranda “Bəli” düyməsini seçin:

sek.6

7. Sözügedən tokeni yükləmək üçün “Asan İmza” mobil elektron imza xidmətindən istifadə etmək tələb olunur. Bunun üçün kompyuterin ekranında görünən yoxlama kodu ilə mobil telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra mobil telefonunuzda Asan İmza PIN1 kodunu daxil edin:

sek.7 sek.8

8. Açılan pəncərədə mobil imza xidmətinə daxil olma tokeninin yükləndiyi barədə bildiriş alacaqsınız. Həmin pəncərədə “İmzalamaq” düyməsini seçin:

sek.9

9. Ekranda sizin rəqəmsal imza sertifikatlarınızın siyahısı əks olunan pəncərə açılacaq. Həmin pəncərədə imzalama əməliyyatı üçün tələb olunan sertifikatı seçin və “OK” düyməsi ilə təsdiq edin (bu nümunədə şəxsi imza sertifikatı seçilmişdir) * :

sek.10

10. Kompyuterin ekranında görünən yoxlama kodu ilə mobil telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra mobil telefonunuzda Asan İmza PIN2 kodunu daxil edin:

sek.11 sek.12

11. Beləliklə, fayl “AsanDoc” proqramı vasitəsilə imzalanmışdır. Fayla edilmiş rəqəmsal imza barədə təfərrüatlı məlumatları “Ətraflı” düyməsini seçərək əldə etmək olar.

sek.13

12. “AsanDoc” proqramı vasitəsilə imzalanmış faylı kompyuterinizdə yaddaşda saxladığınız yerdə görə bilərsiniz. Siz həmin faylı email vasitəsilə göndərə və ya çap edə bilərsiniz.

sek.14

“AsanDoc” ilə elektron sənədlərin imzalanması: MAC

1. Kompyuterinizdə “AsanDoc” proqramını açın:

sek.15

2. “Sənədləri imzala” düyməsini seçin və açılan pəncərədə imzalamaq istədiyiniz faylı seçin:

sek.16

3. Faylı seçdikdən sonra yeni yaradılacaq AsanDoc faylını (*.adoc) yaddaşda saxlamaq üçün yeni pəncərə açılacaq. Həmin pəncərədə siz AsanDoc faylının adını və ünvanını dəyişdirə bilərsiniz:

sek.17

4. Fayl imzalanmaq üçün “AsanDoc” proqramının konteynerinə əlavə edildi:

sek.18

5. Faylı imzalamaq üçün ekranda görünən “Mobil telefonun nömrəsi” xanasına “Asan İmza” mobil elektron imza xidməti aktiv olan mobil nömrənizi, “İstifadəçi İD-si” xanasına isə altı rəqəmli “Asan İmza” İstifadəçi İD-ni daxil edin. Bu xanaları doldurduqdan sonra aşağıda olan “İmzala” düyməsi aktivləşəcək. Daha sonra doldurulması məcburi olmayan “Qərar”, Şəhər”, “Rayon”, “Ölkə”, “İndeks” xanalarını da doldura bilərsiniz:

sek.19

6. Əgər siz daha əvvəl “Asan İmza” mobil elektron imza xidməti ilə sənədlərin imzalanması üçün “AsanDoc” proqramından istifadə etməmisinizsə, sizə mobil imza xidmətinə daxil olma tokenini yükləmək təklif ediləcək. Bu zaman ekranda “Bəli” düyməsini seçin:

sek.20

7. Sözügedən tokeni yükləmək üçün “Asan İmza” mobil elektron imza xidmətindən istifadə etmək tələb olunur. Bunun üçün kompyuterin ekranında görünən yoxlama kodu ilə mobil telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra mobil telefonunuzda Asan İmza PIN1 kodunu daxil edin:

sek.21 sek.22

8.Açılan pəncərədə mobil imza xidmətinə daxil olma tokeninin yükləndiyi barədə bildiriş alacaqsınız. Həmin pəncərədə “İmzalamaq” düyməsini seçin:

sek.23

9. Ekranda sizin rəqəmsal imza sertifikatlarınızın siyahısı əks olunan pəncərə açılacaq. Həmin pəncərədə imzalama əməliyyatı üçün tələb olunan sertifikatı seçin və “OK” düyməsi ilə təsdiq edin (bu nümunədə şəxsi imza sertifikatı seçilmişdir) ** :

sek.24

10. Kompyuterin ekranında görünən yoxlama kodu ilə mobil telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra mobil telefonunuzda Asan İmza PIN2 kodunu daxil edin:

sek.25 sek.26

11. Beləliklə, fayl “AsanDoc” proqramı vasitəsilə imzalanmışdır. Fayla edilmiş rəqəmsal imza barədə təfərrüatlı məlumatları “Ətraflı” düyməsini seçərək əldə etmək olar:

sek.26

12. “AsanDoc” proqramı vasitəsilə imzalanmış faylı kompyuterinizdə yaddaşda saxladığınız yerdə görə bilərsiniz. Siz həmin faylı email vasitəsilə göndərə və ya çap edə bilərsiniz:

sek.27

“AsanDoc” ilə elektron sənədlərin imzalanması: Linux

1. Kompyuterinizdə “AsanDoc” proqramını açın:

sek.28

2. “Sənədləri imzala” düyməsini seçin və açılan pəncərədə imzalamaq istədiyiniz faylı seçin:

sek.29

3. Faylı seçdikdən sonra yeni yaradılacaq AsanDoc faylını (*.adoc) yaddaşda saxlamaq üçün yeni pəncərə açılacaq. Həmin pəncərədə siz AsanDoc faylının adını və ünvanını dəyişdirə bilərsiniz:

sek.30

4. Fayl imzalanmaq üçün “AsanDoc” proqramının konteynerinə əlavə edildi:

sek.31

5. Faylı imzalamaq üçün ekranda görünən “Mobil telefonun nömrəsi” xanasına “Asan İmza” mobil elektron imza xidməti aktiv olan mobil nömrənizi, “İstifadəçi İD-si” xanasına isə altı rəqəmli “Asan İmza” İstifadəçi İD-ni daxil edin. Bu xanaları doldurduqdan sonra aşağıda olan “İmzala” düyməsi aktivləşəcək. Daha sonra doldurulması məcburi olmayan “Qərar”, Şəhər”, “Rayon”, “Ölkə”, “İndeks” xanalarını da doldura bilərsiniz:

sek.32

6. Əgər siz daha əvvəl “Asan İmza” mobil elektron imza xidməti ilə sənədlərin imzalanması üçün “AsanDoc” proqramından istifadə etməmisinizsə, sizə mobil imza xidmətinə daxil olma tokenini yükləmək təklif ediləcək. Bu zaman ekranda “Bəli” düyməsini seçin:

sek.33

7. Sözügedən tokeni yükləmək üçün “Asan İmza” mobil elektron imza xidmətindən istifadə etmək tələb olunur. Bunun üçün kompyuterin ekranında görünən yoxlama kodu ilə mobil telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra mobil telefonunuzda Asan İmza PIN1 kodunu daxil edin:

sek.34 sek.35

8. Açılan pəncərədə mobil imza xidmətinə daxil olma tokeninin yükləndiyi barədə bildiriş alacaqsınız. Həmin pəncərədə “İmzalamaq” düyməsini seçin:

sek.36

9. Ekranda sizin rəqəmsal imza sertifikatlarınızın siyahısı əks olunan pəncərə açılacaq. Həmin pəncərədə imzalama əməliyyatı üçün tələb olunan sertifikatı seçin və “OK” düyməsi ilə təsdiq edin (bu nümunədə şəxsi imza sertifikatı seçilmişdir):

sek.37

10. Kompyuterin ekranında görünən yoxlama kodu ilə mobil telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra mobil telefonunuzda Asan İmza PIN2 kodunu daxil edin:

sek.38 sek.39

11. Beləliklə, fayl “AsanDoc” proqramı vasitəsilə imzalanmışdır. Fayla edilmiş rəqəmsal imza barədə təfərrüatlı məlumatları “Ətraflı” düyməsini seçərək əldə etmək olar.

sek.40

12. “AsanDoc” proqramı vasitəsilə imzalanmış faylı kompyuterinizdə yaddaşda saxladığınız yerdə görə bilərsiniz. Siz həmin faylı email vasitəsilə göndərə və ya çap edə bilərsiniz

sek.41

Android mobil platformasında “AsanDoc” vasitəsilə elektron sənədlərin imzalanması

1. İlk öncə telefonunuza “Google Play Market”dən “AsanDoc” proqramını yükləyin. Yükləmə üçün keçid

sek.42

2. Proqrama daxil olun və imzalamaq istədiyiniz faylı seçin:

sek.43 sek.44

3. Faylı imzalamaq üçün müvafiq xanalara “Asan İmza” mobil elektron imza xidməti aktiv olan mobil nömrənizi və “Asan İmza” İstifadəçi İD-ni daxil edin. Həmçinin doldurulması məcburi olmayan “Səlahiyyət/Qərar”, Şəhər”, “Bölgə/Rayon”, “Ölkə”, “İndeks” xanalarını da doldura bilərsiniz. Daha sonra “İmzala” düyməsini seçin:

sek.45 sek.46

4. Proqram çərçivəsində açılan pəncərədə olan yoxlama kodu ilə telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra Asan İmza PIN1 kodunu daxil edin:

sek.47 sek.48

5. Ekranda sizin rəqəmsal imza sertifikatlarınızın siyahısı əks olunan pəncərə açılacaq. Həmin pəncərədə imzalama əməliyyatı üçün tələb olunan sertifikatı seçin (bu nümunədə şəxsi imza sertifikatı seçilmişdir):

sek.49 sek.50

6. Proqram çərçivəsində açılan pəncərədə olan yoxlama kodu ilə telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra Asan İmza PIN2 kodunu daxil edin:

sek.51 sek.52

7. Beləliklə, fayl “AsanDoc” proqramı vasitəsilə imzalanmışdır. Artıq imzalanmış fayldan aidiyyatı üzrə istifadə edə bilərsiniz.

sek.53

iOS mobil platformasında “AsanDoc” vasitəsilə elektron sənədlərin imzalanması

1. İlk öncə telefonunuza “Apple Store”dən “AsanDoc” proqramını yükləyin. Yükləmə üçün keçid

sek.54

2. İmzalamaq istədiyiniz faylı “AsanDoc” proqramında açın. Bu zaman fayl imzalanmaq üçün “AsanDoc” proqramının konteynerinə əlavə ediləcək:

sek.55 sek.56

3. Faylı imzalamaq üçün müvafiq xanalara “Asan İmza” mobil elektron imza xidməti aktiv olan mobil nömrənizi və “Asan İmza” İstifadəçi İD-ni daxil edin. Həmçinin doldurulması məcburi olmayan “Rol”, Şəhər”, “Rayon”, “Ölkə”, “İndeks” xanalarını da doldura bilərsiniz. Daha sonra “İmza əlavə et” düyməsini seçin:

sek.57

4. Proqram çərçivəsində açılan pəncərədə olan yoxlama kodu ilə telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra Asan İmza PIN1 kodunu daxil edin:

sek.58 sek.59 sek.60

5. Ekranda sizin rəqəmsal imza sertifikatlarınızın siyahısı əks olunan pəncərə açılacaq. Həmin pəncərədə imzalama əməliyyatı üçün tələb olunan sertifikatı seçin (bu nümunədə şəxsi imza sertifikatı seçilmişdir):

sek.61

6. Proqram çərçivəsində açılan pəncərədə olan yoxlama kodu ilə telefonunuzun ekranına gələn yoxlama kodunun eyni olmasından əmin olun və sonra Asan İmza PIN2 kodunu daxil edin:

sek.62 sek.63 sek.64

7. Beləliklə, fayl “AsanDoc” proqramı vasitəsilə imzalanmışdır. Artıq imzalanmış fayldan aidiyyatı üzrə istifadə edə bilərsiniz.

sek.65

İmzalama təlimatını PDF formatında yükləyin


* Əgər təmsil etdiyiniz təşkilatın və ya şirkətin adından hər hansı bir sənəd imzalamaq istəyirsinizsə, bu zaman həmin təşkilatın və ya şirkətin adına olan iş sertifikatınızı seçməyiniz tələb olunur.

** Əgər təmsil etdiyiniz təşkilatın və ya şirkətin adından hər hansı bir sənəd imzalamaq istəyirsinizsə, bu zaman həmin təşkilatın və ya şirkətin adına olan iş sertifikatınızı seçməyiniz tələb olunur.