AsanDoc xidməti

AsanDoc Xidməti SOAP JSON-RPC xidmətidir ki, onun vasitəsilə identifikasiya və rəqəmsal imzalama funksiyası asanlıqla mövcud e-xidmətinə və ya proqrama qoşula bilər. Bu xidmət SOAP JSON-RPC 2.0 dəstəyi olan işlənmə platformalarına müvafiqdir.

Asan İmza (Mobile imza) dəstəyinin e-xidmətlərinə və müxtəlif informasiya sistemlərinə əlavə edilməsi sadədir və:

  • Asan İmza (Mobile imza) ilə identifikasiyaya;
  • AsanDoc-un (daha doğrusu, faylların rəqəmsal imzalanması funksiyasının Asan İmza (Mobile imza) vasitəsilə icra olunması mümkünlüyünün) yaradılmasına;
  • Asan İmza-dan (Mobile imza) istifadə üçün sertifikatın etibarlılığının yoxlanmasına;
  • AsanDoc (daha doğrusu, rəqəmsal imzalanmış) sənədlərin məzmununun və imzasının etibarlılığının yoxlanmasına imkan verir.

Biznes üstünlükləri

Asan İmza (Mobile imza) ilə elektron təyinetmə, müxtəlif üsullarla yalnız bir istifadəçi adı və parolla istifadəçi hesabının müəyyən edilməsindən daha münasib və etibarlıdır. Asan İmza-dan (Mobile imza) istifadə doğru məlumatların ASXM qeydiyyatından təmin olunmasına və müvafiq şəxsin Asan İmza (Mobile imza) SIM kartına malik olduğuna zəmanət verir – bununla da xidmət təminatçısının saxta informasiya təqdim etmə riski azalır. Eləcə də xidmət təminatçıları öz xidmətlərini əvvəlcədən qeydiyyatdan keçmədən bilavasitə və etibarlı şəkildə bütün Asan İmza (Mobile imza) kartı sahiblərinə təklif etmək imkanına malik ola bilirlər. Bu, istifadəçilərə rahat olur və onlar müxtəlif hesablar üçün müxtəlif istifadəçi adları və parolları yaradıb yadda saxlamalı olmurlar – eyni Asan İmza (Mobile imza) SIM kartı hər xidmət üçün etibarlıdır.

Rəqəmsal imza rahatdır və tez başa gəlir, belə ki, bu, ənənəvi olaraq yazılı şəkildə imzaların atılmasını tələb edən əməliyyatların elektron yolla və çap nüsxələrinə ehtiyac olmadan yerinə yetirilməsinə imkan verir. Rəqəmsal imza həm də çox etibarlıdır, belə ki, onun saxtalaşdırılması mümkün deyil və bu səbəbdən, doğruluğuna zəmanət verilir.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yalnız imzalandığı vaxtda etibarlı sertifikat əsasında qoyulmuş imzalar etibarlı hesab olunur. Etibarlılığın təminatı xidməti rəqəmsal imzanın etibarlılığının cəld və rahat yoxlanılıb təsdiqlənməsinə imkan verir. Rəqəmsal imzanın etibarlılığının təminatı barədə sorğu sertifikatın müddəti bitdikdən və ya ləğv edildikdən sonra da irəli sürülə bilər.