09.11.2017

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Bu gün xalqımız Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd edir.

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir.

“Asan İmza” komandası bayram münasibətilə soydaşlarımızı təbrik edir, bütün Azərbaycan xalqına sülh və firavanlıq arzulayır.