05.08.2016

2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri təsdiqlənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Bu Sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsini təmin edəcək.

2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlər arasında vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, “ASAN imza”nın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsinin təmin olunması da yer almışdır. Sərəncamla burada tanış olmaq mümkündür.